BSU-da "Fərdi Karyera Konsultasiyaları" keçirilib

18-12-2024
 
Dekabrın 16-18-də Bakı Slavyan Universitetinin (BSU) Karyera Xidməti Şöbəsi və Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialı birgə əməkdaşlıq çərçivəsində tələbələr üçün "Fərdi Karyera Konsultasiyaları" təşkil edilib.
Üç gün davam edən konsultasiyalardan 50-dən çox tələbə faydalanaraq, karyera planlaması, müsahibə texnikaları və iş mühitinə psixoloji adaptasiya mövzularında fərdi məsləhətlər almaqla yanaşı, iş bazarına uyğun tövsiyələr əldə ediblər.