Bakı Slavyan Universitetində “İdarəetmənin optimallaşdırılması və səmərəli təşkili” komissiyasının iclası keçirilib

19-12-2024
Bakı Slavyan Universitetində “İdarəetmənin optimallaşdırılması və səmərəli təşkili” komissiyasının iclası keçirilib
Dekabrın 19-da Bakı Slavyan Universitetində “İdarəetmənin optimallaşdırılması və səmərəli təşkili” komissiyasının növbəti iclası keçirilib. İclasda əvvəlki dövrlərdə verilmiş qərarların icrası və monitorinqinə dair hesabatların təqdim olunması ilə yanaşı, 2025-ci il üçün fəaliyyət planı da müzakirə edilərək təsdiqlənib.
İclasda Elm və innovasiyalar üzrə prorektorluğun təşkilati strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürülüb və Yüksək Təhsil Mərkəzinin (RDİ) strukturunun optimallaşdırılması üzrə layihə müzakirə edilib.